Bu gün İranda iki nəfərə ölüm hökmü verilib

Bu gün İranda iki nəfərə ölüm hökmü verilib
İranda 2009-cu ildə keçirilən prezident seçkilərinə etiraz edən iki nəfərə ölüm hökmü verilib. SİA-nın məlumatına görə, onlar bu gün səhər saatlarında asılıblarlar. Cəzalandırılanların adları açıqlanmır.

Qeyd edək ki, 2009-cu ilin yayında keçirilən kütləvi aksiya prezident seçkiləri zamanı qalib gələn Mahmud Əhmədnejata qarşı keçirilib. Mitinq zamanı polislə ixtişaşlar və toqquşmalar baş vermişdi, nəticədə onlarla insan həlak olmuş, yüzlərlə insan xəsarət almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə