Meksikada 300-dən çox qanunsuz miqrant saxlanılıb

Meksikada 300-dən çox qanunsuz miqrant saxlanılıb

Meksikanın Baş prokurorluğunun əməkdaşları Çyapas ştatında Mərkəzi Amerikadan ölkəyə gələn 338 miqrantı saxlayıb. SİA-nın xəbərinə görə, bu barədə prokurorluq orqanının rəsmi "Twitter" səhifəsində qeyd olunub.

"Baş prokurorluğun əməkdaşları miqrantları daşıyan 5 avtobus saxlayıb. Avtobuslarda 181 böyük, 157 uşaq olub", - deyə məlumatda qeyd olunur.

Miqrantlar arasında Qvatemala, Salvador, Honduras vətəndaşları olub. Onlar arasında Kubadan olan 1 nəfər də saxlanılıb. Prokurorluq miqrantların qeyri-qanuni daşınmasını təşkil etməkdə şübhəli bilinən 15 nəfəri də saxlayıb.

Xatırladaq ki, mart ayının sonlarında miqrantların başqa bir karvanı Mərkəzi Amerika ölkələrinin ərazisindən ABŞ-a gedib. Onların sayı təxminən 1,5 min nəfərdir. Miqrantlar ABŞ-a Meksikanın ərazisindən keçməyə çalışırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə