Tailandda insanlar ölkədə keçirilən parlament seçkilərinin nəticələrinin elan edilməməsi səbəbi ilə küçələrə çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, seçki martın 24-də baş tutsa da, hələ də nəticələr elan edilməyib.
Etirazçılar son beş il müddətində ölkədə keçirilən ilk seçkiləri saxtalaşdırmaqdan ehtiyat edirlər.
Məlumata görə, səsvermənin nəticələri mayın 9-da dərc ediləcək. Lakin bu tarix Bankokun mərkəzində yerləşən “Zəfər” abidəsi ətrafında toplaşanlara uyğun deyil. Nümayişçilər seçki komissiyasının üzvlərini təqib etmək üçün imza toplayırlar.
Xatırladaq ki, Tailandda keçirilən parlament seçkiləri martın 24-də keçirilib. İlkin məlumatlara görə, Xalq Demokrat Partiyası 7,5 milyon, Gələcək Partiyası 5,2, Demokrat Partiya isə 3,19 milyon və “Bhumchaythay” - 3,17 milyon səs qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB