Çində qasırğa zamanı onlarla uşaq xəsarət alıb. Bu barədə "Report" "China Plus News" portalına istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Xenan əyalətində baş verib. Güclü külək əyalətdəki yarmarkalarından birində qurulmuş və hava ilə doldurulmuş attraksionu dağıdıb. Nəticədə 18 uşaq xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Hazırda həkimlər zərərçəkənlərə yardım göstərirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB