Türkiyədə güclü zəlzələ baş verib

Türkiyədə güclü zəlzələ baş verib

Türkiyənin qərbində 5 bal gücündə zəlzələ baş verib. SİA-nın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumatına görə, "UTC" vaxtı ilə 11:30-da qeydə alınan yeraltı təkanların episentri İzmir şəhərində 223 kilometr cənub-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə