Slovakiyadakı prezident seçkilərinin qalibi qadın oldu

Slovakiyadakı prezident seçkilərinin qalibi qadın oldu

Slovakiya tarixində ilk dəfə ölkəyə qadın rəhbərlik edəcək. SİA-nın məlumatına görə, bu barədə RİA Novosti məlumat yayıb.

Bu vəzifəyə 58.4 faizlə səsvermənin qalibi olan Zuzana Çaputova seçilib. Onun rəqibi, Avropa Komissiyası rəhbərinin müavini Maroş Şevçoviç 41.6 faiz səs yığa bilib.

Qeyd edək ki, S. Çaputova vəzifəsinin icrasına iyunun 15-dən başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə