Ukrayna prezidenti Pyotr Poroşenko səsvermə hüququndan istifadə edib. SİA-nın ukrayna mətbuatına istinadən məlumatına görə, Kiyevdəki Zabitlər evində səs verən P. Poroşenko prosesdən sonra jurnalistlərə açıqlama verib:"Mən öz ailə üzvlərim və bir çox ukraynalı kimi ölkəmiz naminə səs verdim. Bu, Ukraynanın Avropa xalqları ailəsinə inteqrasiyası NATO-ya üzvlük və önəmli islahatlar yolunda son dərəcə vacib addımdır" .
Onun sözlərinə görə, seçkilər yaxşı təşkil olunub və xalqın öz iradəsini ifadə etməsinə heç bir əngəl yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB