Ukraynada prezident seçkilərində yeli vaxtla saat 11:00-a olan nəticəyə görə, seçici fəallığı 16,35 faiz təşkil edib.
SİA-nın məlumatına görə, bu barədə Ukraynanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Səhər saatlarında ən çox seçici fəallığı Zaporojya (21,1 faiz) və Kirovoqrad (21,62 faiz) vilayətlərində olub. Ən zəif seçici fəallığı isə Zakarpatya vilayətində qeydə alınıb – 7,65 faiz.
Ukraynada 44 nəfərin prezidentliyə namizədliyi qeydə alınsa da, sonradan 5 nəfər siyasi mübarizədən çəkilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB