Türkiyənin Elazığ əyalətində beşmərtəbəli yaşayış binasında yanğın baş verib. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, binanın birinci mərtəbəsində mənzillərdən birində baş verən yanğın nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 5-nə hadisə yerində tibbi yardım göstərilib, 6 nəfər isə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər briqadası yanğını söndürüb. Yanğının səbəbi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB