Rusiya ordusunun əsgəri intihar edib. SİA-nın yerli mətbuata istinadən məlumatına görə, Primorsk Hərbi Dairəsinin tabeliyindəki hərbi hisədə xidmət edən 18 yaşlı Stanislav Kuzemanın meyiti ərazidəki meşəlik sahədə aşkarlanıb. Çelyabinsk vilayətinin insan hüquqları üzrə müvəkkili Aleksey Kovalyov bildirib ki, S. Kuzema martın 30-da hərbi hissəni özbaşına tərk edib, fakt aşkarlandıqdan sonra isə onun axtarışına başlanılıb. Nəticədə axtarış qrupu S. Kuzemanın meyitini tapıb.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin "İntihar həddinə çatdırma" maddəsi ilə cinayət işi qaldırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB