İngiltərənin keçmiş baş naziri Vinston Çörçilin yeritdiyi siyasətin 1943-cü ildə baş verən və 3 milyondan çox insanın ölümü ilə nəticələnən Benqal böhranında təsiri olduğu üzə çıxıb.
Axar.az xəbər verir ki, bu, ABŞ və Hindistanın birgə araşdırması nəticəsində məlum olub. Belə ki, 1873-1943-cü illər arasında baş verən Benqal qıtlığının səbəbi quraqlıq kimi göstərilsə də, fevral ayında “Geofiziki Araşdırma Məktubları” jurnalında yayımlanan yazıda 1943-cü ildə bölgəyə düşən yağış miqdarının normadan çox olduğu bildirilib.
Hindistan Texnologiya İnstitutunun araşdırmaçısı Vimal Mişra açıqlamasında Benqal qıtlığına quraqlıqdan daha çox yanlış siyasətin səbəb olduğunu deyib.
Hindistanlı Madhusree Muerje də “Çörçilin gizli müharibəsi” kitabında Çörçilin Hindistanın taxıl ehtiyacını qarşılamağı rədd etdiyini və müharibəyə yardım olsun deyə ölkədən böyük miqdarda taxıl ixrac edilməsində israr etdiyini yazıb. Qeyd edək ki, bəzi mənbələrdə Benqal qıtlığı nəticəsində ölənlərin sayı 4.5 milyon kimi qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB