Çində partlayış

Çinin Şanxay əyalətinin şərqindəki fabrikdə baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış perlit istehsalı ilə məşğul olan şəxsi sexdə baş verib.

Məlumata görə, yanğın nəticəsində sexdə olan 3 nəfər xəsarət alıb.

Zavodun sahibi polis tərəfindən saxlanılıb. Əvvəlki istintaq nəticəsində məlum olub ki, qəza maye qazın sızması nəticəsində baş verib. Amma buna baxmayaraq, hadisə ilə bağlı əlavə araşdırma aparılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə