Ukraynada sükut günüdür

Ukraynada keçiriləcək prezident seçkiləri ilə bağlı olaraq bu gün ölkədə sükut günüdür. SİA xəbər verir ki, Ukraynanın seçki qanunvericiliyinə görə, səsvermə gününün sonuncu cümə günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar qadağan olunur.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri bazar günü - martın 31-də keçiriləcək. Ukrayna Mərkəzi Seçki Komissiyası 44 nəfəri prezidentliyə namizəd olaraq qeydə alıb. 5 nəfər sonradan namizədliyini geri götürüb. MSK-nın seçki bülletenində 39 namizədin adı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə