Sel daşqınları 17 nəfərin ölümünə səbəb olub FOTOLAR

Sel daşqınları 17 nəfərin ölümünə səbəb olub FOTOLAR

Əfqanıstanın qərbi və şimalında yağan intensiv yağışlar bir neçə əyalətdə sel daşqınlarına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sel daşqınları Əfqanıstanın Faryab əyalətində 10 nəfərin həyatıəna son qoyub. Daha 7 nəfər Hərat və Bəlx əyalətlərində həlak olublar.

Əfqanıstan rəsmi mənbələri son sel daşqınlarının 16 əyalətdə xəsarətlər törətdiyini bildiriblər.

Əfqanıstan hökumətin yanında fəaliyyət göstərən Statistika İdarəsinin məlumatına görə son sel daşqınlarında 16 əyalətdə 18 min ev dağılıb və ya yararsız hala düşüb.

Qeyd edək ki, sel daşqınları son həftədə Əfqanıstanla yanaşı İran və İraqda da ciddi maddi və canlı tələfatlarla nəticələnib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə