Atəş nəticəsində 7 fələstinli yaralanıb

Atəş nəticəsində 7 fələstinli yaralanıb

İsrail qüvvələri Qəzzanın şərqində gecə saatlarında keçirilən aksiyanı hədəfə alıblar. Yaralananlar var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İsrail qüvvələri ötən gecə Qəzzanın şərqində keçirilən aksiyanı hədəfə alıblar.

Qəzza səhiyyə mənbələri 7 nəfərin yaralandığını bildirib. Bu arada Qəzzadakı fələstinli briqadalar İsraillə HƏMAS arasında vasitəçilik edən Misir nümayəndə heyətinə aksiyaların dayandırılmayacağını bildiriblər.

Qeyd edək ki, son atəşkəs danışıqlarında İsrail tərəfi gecə saatlarında və cümə günlərində keçirilən aksiyaların dayandırılmasını tələb edib.

Qəzzadakı hərəkatlar hər cümə günü keçirilən “dönüş yürüşləri”nin davam edəcəyi və bu gün daha kütləvi şəkildə keçiriləcəyini bildiriblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə