Böyük Britaniya parlamenti Brexit üzrə 8 layihədən heç birini qəbul etməyib. Qanunverici orqan bununla da aprelin 12-də Londonun Avropa İttifaqından (Aİ) heç bir saziş olmadan çıxmasını rədd edib və yeni referendumun keçirilməsinin daha məqsədəuyğun olduğunu nümayiş etdirib. BBC televiziya kanalının saytında yer alan məlumata görə, sazişsiz Brexitin əleyhinə 400, lehinə isə 160 deputat səs verib. Aİ ilə razılaşmanın referenduma çıxarılmasının isə lehinə 268, əleyhinə 295 parlamentari səs verib. Daha bir populyar variant – Böyük Britaniyanın gömrük ittifaqında qalması şərti ilə Aİ-ni tərk etməsinə 264, əleyhinə isə 273 nəfər səs verib.
Böyük Britaniya hökumətinin Brexit üzrə naziri Stiven Barkli bildirib ki, səsvermənin nəticələri Baş nazir Tereza Meyin Aİ ilə saziş imzalanması variantının vəziyyətdən yeganə çıxış yolu olduğunu bir daha göstərib. Gələn həftənin bazar ertəsi günü parlamentdə yenidən səsvermə keçiriləcəyi gözlənilir. İstisna olunmur ki, bu məsələ yenidən müzakirəyə çıxarılacaq. Amma parlamentin spikeri Con Berkou əvvəlcədən bildirib ki, üçüncü səsvermənin keçirilməsinə imkan verməyəcək.
Tereza Mey hökuməti bu həftənin əvvəlində Aİ ilə saziş layihəsini parlamentə təqdim edib. Bu sənəddə Brexitin müddətinin dəyişdirilməsi təklif olunur. Xatırladaq ki, bu tarix əvvəlcə martın 29-na təyin olunmuşdu, ötən həftə isə Baş nazir Böyük Britaniyanın Aİ-dən çıxması tarixini iyunun 30-na keçirməyi xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB