Qazaxıstanda hərbi vertalyot qəzaya uğrayıb

Qazaxıstanda Mi-8 hərbi vertolyotu qəzaya uğrayıb. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hadisə nəticəsində 13 hərbiçi dünyasını dəyişib. Mi-8 üç vertolyotla birlikdə, Aktaudan Şımkənt şəhərinə uçurdu. Uçuş gecə həyata keçirilib, hava şəraiti pis olub.

Qəza ilə bağlı ilk xəbər Respublikanın Daxili İşlər Nazirliyi tərəfindən verilib. Daha sonra Prezident Qasım-Comərd Tokayev ekipajın ölümünü elan edib.

Hadisənin baş vermə səbəblərini araşdırmaq komissiya qəza yerinə gedib. "Uçuş qaydalarının pozulması" maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyi qurbanların ailələrinə və yoldaşlarına dərin hüznlə başsağlığı verib, ailələrə mənəvi və maddi yardım göstəriləcək.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə