Türkiyədən İrana qarşı ABŞ-ın sanksiyalarını aqressiv bir şəkildə tətbiq etməsini gözləyirik. Axar.az xəbər verir ki, bu sözləri ABŞ maliyyə nazirinin müavini Siqal Mandelker bildirib. Mandelker İrana qarşı sanksiyaları yüngülləşdirmək üçün İran, Türkiyə və BƏƏ-də bir sıra şirkətləri aşkar etdiklərini deyib.
Tramp rəhbərliyinin İrana qarşı sanksiyalarla bağlı qərarlı olduğunu deyən Mandelker dollar, avro və qızıl tranziti üçün istifadə edilən dəzgahları ortaya çıxarmağa davam edəcəklərini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB