Avropa İttifaqı İsrailin Suriyanın işğal olunmuş ərazisi - Qolan təpələri üzərində suverenliyini tanımaq niyyətində olmadığını təsdiq edib. Axar.az xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin martın 27-də dərc olunan bəyanatında deyilir.
“Avropa İttifaqının Qolan təpələrinin statusu barədə mövqeyi dəyişməyib. Beynəlxalq normalara və BMT-nin Təhlükəsizlik Şurasının 242 və 497-ci qətnamələrinə uyğun olaraq Avropa İttifaqı İsrailin işğal olunmuş Qolan təpələri üzərində suverenliyini tanımır”, - deyə sənəddə bildirilir.
Avropa Şurasının sədri Donald Tusk hələ Birləşmiş Ştatların İsrailin Qolan təpələri üzərində suverenliyini rəsmən tanımasından öncə, Avropa İttifaqının martın 21-22-də keçirilən sammitinin nəticələrini şərh edərkən Aİ-nin bu region barədə mövqeyinin dəyişməzliyini bəyan etmişdi.
Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp İsrailin Qolan təpələri üzərində suverenliyinin tanınması barədə sənədə imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB