İranda sel 25 nəfərin ölümünə səbəb olub

İranda sel 25 nəfərin ölümünə səbəb olub

İranın əyalətlərində sel nəticəsində 25 nəfərə yaxın insan ölüb. SİA-nın xəbərinə görə, İranın xilasetmə və Qızıl Aypara yardım təşkilatının rəhbəri Morteza Salimi açıqlamasında bildirib ki, sel Şiarz, Kirmənşah, Luristan, Xuzestan, Mazandaran və digər əyalətlərə ziyan vurub.

Sel İranın bir sıra bölgələrində ağır fəsadlar yaradıb. Hadisə nəticəsində yollara, evlərə, infrastruktura ziyan dəyib, nəqliyyat əlaqələri pozulub.

Salimin sözlərinə görə, sel nəticəsində 293 şəhərdə, kəndlərdə və köçəri qəbilənin məskunlaşdığı ərazilərdə 43,5 min nəfərdən çox insana yardım edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə