İsveçrə XİN ABŞ-ın qərarını tanımadı

İsveçrə XİN ABŞ-ın qərarını tanımadı

İsveçrə Colan Təpələrini İsrail tərəfindən işğal edilmiş ərazilər olaraq qəbul etməyə davam edəcək, ABŞ-ın İsrailin bölgə üzərindəki suverenliyini tanıyacağına dair bəyannamələrin heç bir hüquqi əsası yoxdur. SİA-nın verdiyi məlumata görə, bunu İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Jorj Faraqo bəyan edib.

"İsveçrə ABŞ-ın bəyanatının beynəlxalq humanitar qanunvericiliyə təsiri olmadığını bəyan edib", Faraqo bildirib.

BMT və LAS da Colanla bağlı təşkilatların mövqeyinin dəyişməz qaldığını ifadə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə