Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinə gedib

Özbəkistan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinə gedib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Birləşmiş Ərəb Əmirliklərində səfər edib. Özbəkistan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir ki,, Şavkat Mirziyoyev Abu - Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini, Şeyx Məhəmməd Bin Zayed Əl - Nəhyan ilə görüşüb.

Görüşdə energetika, ticarət-iqtisadi, sərmayə qoyuluşu, maliyyə-bank, elm, texnologiya, təhsil, mədəni-humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Şavkat Mirziyoyev bildirib ki, bu gün BƏƏ-nin sərmayəsi ilə Özbəkistanda 107 müəssisə fəaliyyət göstərir. Əmirliklərdə Özbəkistanın firma və şirkətlərinin 28 nümmayəndəliyi işləyir. Vurğulanıb ki, 2018-ci ildə ölkələr arasında mal mübadiləsi 400 milyon dollar təşkil edib. Yaxın illərdə dövlətlər arasında mal mübadiləsinin həcminin 1 milyard dollara çatdırılması qərara alınıb.

Şavkat Mirziyoyevin BƏƏ-yə səfəri davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə