Partlayış və yanğın nəticəsində ölənlərin sayı artıb

Partlayış və yanğın nəticəsində ölənlərin sayı artıb
Çinin Ciansu vilayətində kimyəvi məhsullar istehsal edən zavodda baş verən partlayış və ardınca yaranan yanğın nəticəsində ölənlərin sayı 78-ə çatıb. SİA xəbər verir ki, texnogen fəlakət nəticəsində yaralananlardan 604-ü hələ də xəstəxanalarda həkim nəzarətindədir. Onlardan 19-nun vəziyyəti kritik olaraq qalır. Mütəxəssislər mümkün qaz sızması ilə bağlı ərazidə araşdırmalar aparırlar. Hadisə ilə əlaqədar ətrafdakı məktəblərdə təxirə salınan dərslər martın 25-dən bərpa olunub. Çin Dövlət Şurasının (Nazirlər Kabineti) qərarı ilə ölkədə kimya sənayesi müəssisələrində yoxalamalara başlanılıb. Qeyd edək ki, martın 21-də Yançen şəhərində zavodda baş verən partlayışdan sonra yaranan yanğın ətrafdakı 16 müəssisəyə keçərək ciddi zərərə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə