Serbiyada NATO bayraqlarını yandırıblar

Serbiyada NATO bayraqlarını yandırıblar

Serbiya radikal partiyasının Belqrad şəhərində keçirilən mitinqində NATO hərbi bloku və Avropa İttifaqının bayraqları yandırılıb. “Report” xəbər verir ki, aksiya NATO ölkələrinin 1999-cu ildə Yuqoslaviyaya hərbi müdaxiləsinin 20-ci ildönümünə həsr olunub.

Alyans və Aİ bayraqlarının yandırılması aksiyasına Yuqoslaviyada vətəndaş müharibəsi zamanındakı cinayətlərə görə şübhəli qismində 2003-2014-cu illərdə Haaqa türməsində həbsdə olan partiya lideri Voislav Şeşel başçılıq edib.

Mitinqdə siyasətçinin yüzlərlə tərəfdarı iştirak edib. Onun sözlərinə görə, Serbiya vətəndaşları ölkənin 3 mindən çox insan ölümü ilə nəticələnən bombardmanında müqəssir olan şəxsləri heç vaxt bağışlamayacaq və unutmayacaq.

Martın 24-də bütün Serbiya ərazisində NATO-nun Yuqoslaviyaya hərbi müdaxiləsinin ildönümünə həsr olunmuş anım aksiyaları keçirilib.

Tədbirlərdə Serbiya prezidenti Aleksandra Vuçiça da iştirak edib. NATO-nun "Mərhəmətli mələk" adı altında həyata keçirdiyi 78 günlük bombardman nəticəsində 3 min insan ölüb, təqribən 5 min nəfər yaralanıb, mindən çox insan itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə