Əfqanıstanda partlayış törədilib yaralananlar var

Əfqanıstanda partlayışlar baş verib. SİA Əfqanıstan KİV-inə istinadən xəbər verir ki, hadisə Helmand əyalətinin Ləşkərgah şəhərinin stadionunda Fermer Günü ilə bağlı keçirilən tədbir zamanı qeydə alınıb.

Partlayış nəticəsində hakimiyyət və güc strukturlarının nümayəndələri arasında xəsarət alanlar var. Onların arasında əyalətin qubernatoru və müavini də var.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə