Dəclə faciəsində ölənlərin sayı 100-ü ötdü

Dünən İraqın Mosul şəhəri yaxınlığından keçən Dəclə çayında bərənin batması nəticəsində ölənlərin sayı 100-ü ötüb. SİA "Dunyabulteni.net"ə istinadən xəbər verir ki, ölkənin baş naziri Adil Əbdülmehdi ölkədə 3 günlük matəm elan edib.

İddialara görə, 50 nəfərlik bərədə 170 nəfər olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə