İraqda bərə qəzası 100-dən çox ölü

İraqın şimalında Dəclə çayında baş verən bərə qəzası nəticəsində 100 nəfər həlak olub. SİA xəbər verir ki, bu barədə Sky News Arabia telekanalı məlumat yayıb.

İlkin versiyaya əsasən, qəzaya bərənin həddən artıq yüklənməsi səbəb olub. Ərəb telekanalları 75 sərnişin üçün nəzərdə tutulan bərəyə 170-250 nəfərin mindiyini bildirirlər.

Həlak olanların çoxu üzməyi bilməyən uşaqlardır.

Mülki müdafiə idarəsinin baş direktoru Kazım Bayxanın verdiyi məlumata görə, 61 nəfər xilas edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə