NATO-nun Avropadakı qoşunları amerikalı generala tapşırıldı

NATO-nun Avropadakı qoşunları amerikalı generala tapşırıldı

NATO özünün Avropadakı Birləşmiş Qüvvələrinin rəhbəri vəzifəsinə amerikalı general Tod Uoltersin təyin olunmasına izn verib. Bu barədə NATO-nun rəsmi saytında məlumat yerləşdirilib. Onun öz funksiyalarının icrasına cari ilin yazında başlayacağı vurğulanıb.

Qeyd edək ki, hazırda NATO-nun Avropadakı Birləşmiş Qoşunlarına Kertis Skaparotti rəhbərlik edir. Amerikalı general bu vəzifəyə 2016-ci ilin mayında təyin edilib.

Tod Uolters ABŞ-ın ən böyük təcrübəyə sahib generallarından biridir. O, “Səhrada Tufan” əməliyyatı, İraqın işğalı əməliyyatı və ABŞ-ın 2001-ci ildə Nyu Yorkdakı teraktına cavab olaraq Əfqanıstan, Filippin, Afrika və Pankissi dərəsində apardığı “Dağılmaz Azadlıq” əməliyyatının əsas iştirakçısı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə