ABŞ bombardmançılarını Britaniyadakı Ferford bazasına göndərib

ABŞ bombardmançılarını Britaniyadakı Ferford bazasına göndərib

ABŞ nüvə raketləri və bombalarını daşıyan bilən B-52H Stratofortress strateji bombardmançılarını Britaniyadakı Ferford bazasına göndərib. Bu barədə "İnterfaks" agentliyi məlumat yayıb. Bildirilib ki, yaxın günlərdə onların sayı 8-ə çatdırılacaq.

Qeyd edək ki, ABŞ bundan öncə Britaniyadakı Ferford aviabazasına 3 ədəd B-52H təyyarəsini göndərib. Sonuncu dəfə ABŞ Avropaya bu cür kütləvi şəkildə strateji bombardmançıları 2003-cü ildə göndərib. O zaman bu təyyarələrin İraqdakı əməliyyatlarda iştirakı üçün Britaniyada 20 B-52H yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə