İranlı millət vəkilindən sərsəm iddia

İranlı millət vəkilindən sərsəm iddia

İranlı millət vəkili Azərbaycanın sionistlərə boyun əydiyini deyib. SİA-nın FARS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Həmid Rassayi rəsmi Bakının orta məktəblərdə hicabı qadağan etməsində yəhudi lobbisinin barmağı olduğunu bildirib.

 

O, Azərbaycanda ABŞ-ın hərbi birliklərinin də olduğunu söyləyib. Millət vəkili Azərbaycanın hər zaman bu lobbilərin arzu və təlimatlarına görə hərəkət etdiyini vurğulayıb: "Təhsil ocaqlarında hicabın qadağan edilməsi ABŞ və sionist lobbilərinin arzusudur, çünki islami örtünmə ABŞ və İsrailin maraqlarını təhlükəyə atar".

Bütün xəbərlər Facebook səhifəmizdə