Gürcüstanda uran satışının qarşısı alınıb

Gürcüstanda uran satışının qarşısı alınıb

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Acarıstan Muxtar Respublikasının Kobuleti şəhərində radioaktiv maddə satmağa cəhd edən iki nəfərin saxlanılması ilə bağlı açıqlama verib. SİA DTX-nın yaydığı məlumata istinadla xəbər verir ki, saxlanılan iki nəfər nüvə materialı olan uran maddəsini 2 milyon 800 min dollara satmağa cəhd ediblər. Həmin şəxslərdən götürülən 40,19 qram radioaktiv maddənin uran-238 izotopu olması ekspertiza ilə təsdiq edilib. Götürülən maddə insan həyatı üçün ciddi təhlükə mənbəyidir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə