Mozambikdə daşqınlar olub 66 nəfər ölüb

Mozambikdə daşqınlar olub 66 nəfər ölüb

Mozambikin mərkəzi və şimal bölgələrindəki daşqınlar nəticəsində azı 66 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, təbii fəlakət 140 min insana ziyan vurub.

Daha əvvəl BMT Mozambikin şimalında daşqınlar nəticəsində 15 nəfərin öldüyünü xəbər verirdi.

Məlumata əsasən, daşqınlar nəticəsində 111 nəfər yaralanıb. Sel nəticəsində 18 xəstəxana istifadəyə yarasız hala düşüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə