PKK-ya məxsus sığınacaqlar məhv edilib

PKK-ya məxsus sığınacaqlar məhv edilib

Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin Siirt bölgəsində keçirdiyi növbəti antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatına qarşı daha bir sarsıdıcı zərbə vurulub. SİA xəbər verir ki, əməliyyatda terrorçulara məxsus dörd sığınacaq məhv edilib. Sığınacaqlarda külli miqdarda partlayıcı, silah və sursat, terrorçuluqda istifadə olunan digər ləvazimatlar aşkar olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə