Ukraynada güclü küləklə müşahidə olunan qeyri-sabit hava şəraiti dağıntılar və ölümlə nəticələnib. Axar.az xəbər verir ki, paytaxt Kiyevdə güclü külək yaşayış evlərinin, idarələrin dam örtüyünü dağıdıb. Nəticədə 20-yə yaxın maşın əzilib, xəsarət alanlar var.
Bundan başqa Vinnitsa vilayətində güclü külək ağacları aşırıb, nəticədə 11 yaşlı qız və 29 yaşlı qadın həlak olub.
Qeyd edək ki, sinoptiklər martın 11-də Ukrayna ərazisinin əksər yerlərində güclü küləyin olacağı barədə xəbərdarlıq ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB