Ermənistanın Şirak vilayətinin sakini Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbi qulluqçusuna bıçaqla xəsarət yetirmək şübhəsi ilə tutulub. “İnterfaks” agentliyi xəbər verir ki, Ermənistan sakini 22 yaşlı rusiyalı hərbçini bıçaqla yaralamaqda şübhəli bilinir.
KİV-lərin məlumatına görə, bıçaqlaşma hadisəsi martın 8-nə keçən gecə Gümrü şəhərində baş verib. Təqribən saat 01:30 radələrində Gümrü Tibb Mərkəzinə döş qəfəsində bıçaq yarası olan kişi gətirilib. Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, zərərçəkən Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçusu Racan Kajimirovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB