Belçika səfiri Türkiyə XİN-ə çağırılıb

Belçika səfiri Türkiyə XİN-ə çağırılıb

Belçikanın Ankaradakı səfiri Michel Malherbe Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. Anadolu agentliyi xəbər verir ki, Türkiyə tərəfinin Belçikanın Hakimlər Palatasının (BHP) PKK terrorçuları barədə qaldırdığı iddianaməsinin ləğv olunmasına dair kəskin etirazı səfirin diqqətinə çatdırıb.

Qeyd edək ki, Belçikanın Hakimlər Palatasının PKK terror təşkilatının Avropa üzrə fəaliyyətinə rəhbərlik edən şəxslərin də daxil olduğu 36 şübhəliyə qarşı qaldırdığı həbs iddiası Belçika Federal Prokurorluğu tərəfindən ləğv olunub. Bu qərara etiraz edən Türkiyə tərəfi müttəfiqi Belçikadan terrorla mübarizədə tələb olunan cavabdehlik çərçivəsində PKK-ya qarşı qətiyyətli addım atmağı gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə