Fukusimada hələ də 52 min adam evinə qayıda bilmir

Fukusimada hələ də 52 min adam evinə qayıda bilmir

Yaponiyanın şimal-şərqində yerləşən Fukusima AES-də qəzaya səbəb olan zəlzələ və sunami nəticəsində hələ də təxminən 52 min insan öz evinə qayıda bilmir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 2011-ci ilin 11 mart tarixində baş verən qəza nəticəsində təxminən 470 min insan təxliyə edilsə də, onların hamısı evlərinə qayıda bilməyiblər.

Məlumata görə, 1,3 min insan evlərinin bərpa edilməməsi səbəbindən hələ də müvəqqəti sığınacaqlarda qalmaqda davam edəcək.

Nüvə stansiyasında qəzanın nəticələrinin tamamilə aradan qaldırılması müddəti on il çəkə bilər.

İndiyə qədər Yaponiya hökuməti və stansiyanın operatoru üç zərərli reaktordan radioaktiv tullantıların və yanacağın çıxarılmasını düşünə bilməyib. Məlumata görə, reaktorların təmizlənməsi üzrə iş 2021-ci ildə başlamalıdır.

Yaponiya polisinin məlumatına görə, hadisə nəticəsində 15897 nəfər həlak olmuş, 2553 nəfər itkin düşmüşdür.

Yaponlar həmin günü bir dəqiqəlik sükutla xatırlayırlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə