Efiopiyada “Efiopiya hava yolları” şirkətinə məxsus təyyarənin qəzaya uğraması səbəbindən martın 11-i matəm günü elan edilib. SİA-nın verdiyi məlumata görə, martın 10-da “Efiopiya hava yolları” şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və 8 ekipaj üzvünün hamısı həlak olub.
Ölənlər ayrı-ayrı ölkələrdən olan sərnişinlərdir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB