Efiopiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub

Efiopiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub
"Ethiopian Airlines" aviaşirkətinin qəzaya uğradığı "Boeing 737" təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub. SİA-nın məlumatına görə, bunu aviaşirkət bildirib. Şirkətin yaydığı məlumata əsasən, Əddis-Əbəbədən Nayrobiyə uçan təyyarənin göyərtəsində 149 sərnişin və 7 ekipaj üzvü olub. Təyayrədə 33 xalqın nümayəndəsinin olduğu da qeyd olunur. Qəza təyyarənin Əddis-Əbəbənin aeroportundan havaya qalxmasından 6 dəqiqə sonra baş verib. Təyyarə şəhərdən 40 kilometrdən az məsafə aralığında düşüb. Qəzanın səbəbləri məlum deyil, axtarış əməliyyatları aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə