Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar

Silahlılar Suriyada 16 yaşayış məntəqəsini atəşə tutublar
Silahlılar ötən sutka ərzində Suriyanın Hələb, Hama, Latakiya və idlib əyalətlərinin 16 yaşayış məntəqəsini atəşə tutublar. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa, Aki-Baer, Kimsiba və Kermel (2 dəfə), Hama əyalətinin Açan, Tell-Bazzam və Əl-Hodor-Mar-Zliya, Hələb əyalətinin Vrede, Nits və Əl-Burayc, İdlib əyalətinin Əs-Salahiyə, Əl-Vasitə, Sukkari, Abu-Omar, Niha və Əl-Fhayl yaşayış məntəqələrini atəşə tutublar". V.Kupçişin əlavə edib ki, sutka ərzində 5 yaşayış evi və bir tibb məntəqəsi bərpa edilib: "Qaçqınların keçmiş yaşayış yerlərinə qayıtması prosesi davam edi... Martın 8-i üçün olan vəziyyətə görə 225 896 nəfər qayıdıb".

Bütün xəbərlər Facebook səhifəmizdə