"Kainat gözəli" 20 yaşında infarktdan ölüb

"Kainat gözəli" 20 yaşında infarktdan ölüb

2017-ci ildə "Kainat gözəli" seçilən Lotte van de Zee vəfat edib. Almaniyada dünyasını dəyişən model 20 yaşında infarktdan dünyasını dəyişib. Avstriyada istirahətdə olan qızın qəfil halı pisləşib. Həkimlər müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.

"Bizim mirvarimiz aramızdan ayrılıb. Sevimli Lottemiz artıq bizimlə deyil. Ürəyimiz paramparçadır" deyə, valideynləri İnstaqramda yazıblar. Valideynləri modelin sonuncu çəkilən şəklini də yayımlayıblar. Foto dağda xizək sürən zaman lentə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə