116 yaşlı yapon qadın Ginnesin rekordlar kitabına düşüb

116 yaşlı yapon qadın Ginnesin rekordlar kitabına düşüb

116 yaşlı yapon Keyn Tanaka planetin ən qoca sakini kimi Ginnesin rekordlar kitabına düşüb. Bu haqda “The Guardian” nəşri məlumat yayıb. K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub. Hazırda Yaponiyanın cənub-qərbində yerləşən Fukuoka şəhərində yaşayır.

Rekordçu qadın hər gün səhər saat altıda oyanır və riyaziyyatla məşğul olur. O, eyni zamanda, “Otello” (masaüstü oyun – red.) oynamağı sevir.

Qeyd edək ki, bundan əvvəl planetin ən qoca sakini Tiyo Miyako hesab olunurdu. O, 117 yaşında dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə