İraqın şimalında yerləşən Mosul şəhərində baş verən partlayış nəticəsində zərərçəkənlərin sayı 10 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə təhlükəsizlik qüvvələrinin açıqladığı bəyanatda deyilir.
"Təhlükəsizlik qüvvələrinin bir nümayəndəsi və bir qız dünyasını dəyişib, 10 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb", - deyə bəyanatda bildirilir.
Qeyd edək ki, bundan öncə Səhiyyə departamentinin direktoru Naynava Fələx Həsən ət-Tai açıqlamasında bildirmişdi ki, hadisə nəticəsində 13 yaşlı qız həlak olub və 6 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Minalanmış avtomobil Mosulda yerləşən restoranların birinin yaxınlığında partlayıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB