Vaşinqton İraqın bölgədəki nüfuz dairəsini genişləndirmək və beynəlxalq mövqeyini gücləndirmək üçün addımlarını dəstəkləyir. SİA "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo İraq Baş naziri Adel Əbdülh Mahdi ilə telefon danışığı zamanı bildirib.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino telefon söhbəti barədə mətbuata məlumat verib.
Onun sözlərinə görə, Pompeo İraq hökumətinin başçısının diqqətini Bağdad və Vaşinqton arasındakı Strateji Çərçivə Konvensiyasına yönəldib. Buna görə ABŞ, İraqın gücünə güc qatmağa, suverenliyi qorumağa və İraq xalqının rifahını artırmağa hazırdır.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB