Çində 2019-cu ilin fevral ayı müddətində təbiət kataklizmlərindən 6 nəfər ölüb və ya itkin düşüb, 630 min insan ziyan çəkib. SİA-nın xəbərinə görə, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi açıqlayıb.
Fevral ayında ölkədə əsasən zəlzələ, qar fırtınaları, daşqınlar, qasırğalar, meşə yanğınları və digər təbiət hadisələri baş verib. Nəticədə 3,2 mindən çox insan yaşayış yerlərini tərk etməyə məcbur edilib.
Zəlzələ nəticəsində iki nəfər həlak olub, 44 min nəfər həlak ziyan çəkib. Təbii fəlakətlər nəticəsində evlərin dağılması, bitkilərin məhv edilməsinə səbəb olub. Hadisə təxminən 111,8 milyon dollar məbləğində ziyan vurub.
Qeyd edək ki, uzunmüddətli perspektivdə 2019-cu ilin fevralında Çində baş verən təbii fəlakətlərin ümumi vəziyyəti əvvəlki beş ildəki dövrlə müqayisədə dəyişməz olaraq qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB