"ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir"

"ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir"

"ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir." AZƏRTAC xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib. Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.

Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq. D.Qeylin səfəri martın 7-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə