Ermənistan və Yunanıstan prezidentləri Afinada “ümumi düşmən” axtarışına çıxıblar
Yunanıstan prezidenti Karolos Papulyas erməni həmkarı Serj Sarkisyanla Afinada görüşündə gərginlik yaradacaq ifadələr işlədib. SİA-nın "Cihan" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ikinci dəfədir ki, prezidentlik kreslosuna əyləşən K.Papulyas Yunanıstana rəsmi səfərə gələn S.Sarkisyana türkləri nəzərdə tutaraq "sizi və bizi eyni barbar qətl etdi" deyib.
Medianın izlədiyi görüşdə Yunanıstan prezidenti ölkənin düşdüyü ağır iqtisadi böhrana və Beynəlxalq Valyuta Fondundan borc almasına görə, Türkiyəni günahlandırıb. O, qeyd edib ki, Türkiyə ilə silahlanma yarışı aparılmasaydı belə bir vəziyyət də yaranmazdı: "Yunanıstan iki ölkə arasındakı hərbi balansı qorumaq üçün silahlanmaya vəsait ayırmaq məcburiyyətindədir. Silahlanma balansını qorumaq üçün iqtisadi yük altına girməsəydik, indi Beynəlxalq Valyita Fondundan borc almağa ehtiyac olmazdı. Bütün müttəfiqlərimiz arasında müdafiəyə ən çox pul xərcləyən ölkəyik. Bizim kimi sülhsevər bir xalq üçün bu haqsızlıqdır".
Görüşdə Ermənistan prezidenti "erməni soyqırımı" məsələsini bir daha gündəmə gətirib. O, Türkiyənin Avropa Birliyinə üzvlüyü üçün "tarixi tanıma" şərti olduğunu söyləyib. S.Sarkisyan Türkiyəni "çətin qonşu gücünə güvənərək danışır" şəklində xarakterizə edib.
Qeyd edək ki, bundan əvvəl Cənubi Kiprdə olan Ermənistan dövlət başçısı burada da Türkiyə, həmçinin Azərbaycanla bağlı sərsəm bəyanatlar səsləndirib. Ermənistan prezidenti deyib ki, Azərbaycan "yeni hərbi təcavüzə" hazırlaşır. O, qeyd edib ki, "Ermənistana qarşı düşmən təbliğatı" və ordunu möhkəmlətməsilə Azərbaycan "sülhə hazır olmadığını" göstərir.
Sarkisyanın sözlərinə görə, Azərbaycanın "ermənifobiya və aqresiv davranışı təsdiq edir ki, Qarabağın Azərbaycanla heç bir gələcəyi yoxdur". Ermənistan mətbuatının yazdığına görə, Serj Sarkisyan azərbaycanlı həmkarını Ermənistan torpaqlarına iddia etməkdə ittiham edib: "...mənim azərbaycanlı həmkarım bəyan edir ki, ölkəmin böyük hissəsi Ermənistana Azərbaycan tərəfindən hədiyyə edilib və bizim paytaxtımız Yerevan Azərbaycan şəhəridir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB