Ötən gecə İsrailin hərbi təyyarələri Qəzza zolağının mərkəzində HƏMAS-ın bir neçə mövqeyini vurub. SİA əl-Məyadinə istinadla xəbər verir ki, İsrail təyyarələri tərəfindən hədəfə alınan obyektlər Qəzza zolağının mərkəzində Natsarim deyilən ərazidə yerləşir.
Qəzzadakı xəstəxanalar hava zərbələri nəticəsində iki nəfərin yaralandığını bildiriblər.
İsrail tərəfi bu hava zərbələrinin Qəzza tərəfdən atılan yanan çərpələnglər və partlayıcı daşıyan balonlara cavab olduğunu bildirib.
Qeyd edək ki, ötən il ABŞ-ın Qüds qərarından sonra fələstinlilər İsrailin işğal etdiyi ərazilər istiqamətdə yürüş etməyə başlayıblar. Bu yürüşlər çərçivəsində İsrailə yanan çərpələnglər və balonlarla cavab verən fələstinlilər də hava zərbələrinə məruz qalırdılar. Məlumata görə İsrail - Qəzza sərhədlərində yerləşən əkin sahələri indidən biçilməyə başlayıb. Səbəb isə qəzzalıların yanan çərpələnglərinə görə İsrailə dəyə biləcək külli miqdarda maddi ziyanın qarşısını almaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB