30 əsgərin saxlanılmasına sanksiya verilib

30 əsgərin saxlanılmasına sanksiya verilib

Ankara Prokurorluğu 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə ittiham olunan 30 əsgərin saxlanılmasına sanksiya verib. SİA "Anadolu"ya istinadən xəbər verir ki, onlardan 19-u hazırda Respublikanın Hava Qüvvələrində xidmət göstərir.

Fevralın sonunda Ankara Mütəşəkkil Cinayətkarlıq İdarəsi Türkiyədə qadağan edilmiş FETO ilə əlaqəsi olmaqda şübhəli bilinən 101 nəfər barəsində həbs qərarı çıxarıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə