Rusiya Prezidenti Vladimir Putin orta və yaxınmənzilli raketlərin ləğvinə dair sazişin dayandırılması barədə fərman imzalayıb. Sənəd imzalandığı gündən qüvvəyə minir. TASS informasiya agentliyi xəbər verir ki, Rusiya sənəddə nəzərdə tutulan öhdəliklər üzrə ABŞ-ın yol verdiyi pozuntular aradan qaldırılana və ya onun fəaliyyəti qüvvədən düşənədək sazişin yerinə yetirilməsini dayandırmağı qərara alıb.
Bununla yanaşı, Rusiya sazişin təsirinə düşən raketləri sərhədyanı ərazilərdə yerləşdirməyi planlaşdırmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB